Separatçı rejim Tərtərin bu kəndinə daha 70 erməni köçürməyə hazırlaşır - FOTO

18:53 28.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənilərin “Varknataq”, yaxud “Akop Kamari” adlandırdıqları, inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan Lüləsaz kəndində  separatçı-terrorçu rejim tör-töküntülərinin fəaliyyəti davam edir. Qeyd edək ki, hələ 2021-ci ilin oktyabrında   həmin kəndə separatçı Araik xuntasının “bayraq” adlandırılan əski parçasının qaldırıldığı və miskin durumuna rəğmən 44 günlük müharibədən sonra Tərtər rayonunun bu kəndinə 1 köçkün erməni ailəsinin yerləşdirilməsi  barədə məlumat vermişdik.   

Hafta.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yaydığı yeni məlumatdan separatçı erməni rejiminin  Lüləsaza  daha 70 köçkün(?) erməni ailəsinin yerləşdirilmək niyyətində olduğu bilinib.  Bu haqda erməni müxbirlərinə kəndin qanunsuz “icma rəhbəri” Qeqam Bedanyan məlumat verib.

Onun sözlərinə görə, kəndin pulsuz mənzil fondunda 70-ə yaxın ev var və bu evlər digər yaşayış məntəqələrindən köçürülmüş ailələrə veriləcək.

Xatırladaq ki, hazırda cəmi 45 ( bəlkə də daha az) erməninin süləndiyi Lüləsaz kəndinin sosial-iqtisadi durumu çox miskindir.  Kənddə işıq olsa da, qaz yoxdur. Məktəbdə cəmi beş şagird var.  10 məktəbəqədər uşaq var. Azərbaycan ordusunun 44 günlük müzəffər yürüşündən sonra  təsərrüfat torpaqlarının 57 hektarı dövlətimizin birbaşa nəzarətinə keçib, 38, 4 hektarı isə neytral ərazidədir.