Yazını böyüt
Yazını kiçilt
Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varqeyi Belqradda keçirdiyi mətbuat konfransında bildirib ki, Serbiya Aİ-yə daxil olmaq üçün nəinki lazımi islahatları aparmalı, həm də Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməlidir.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyət "qoşulma prosesinə təsir edir", bununla əlaqədar ittifaqa daxil olmaq üçün namizədlərin siyasətlərinin Aİ-nin xarici siyasəti ilə əlaqələndirilməsi "əvvəlkindən daha mühüm rol oynayır".
"Bizə namizəd ölkə olan Serbiyanın bizə kömək etməsi lazımdır, Serbiya bizim tərəfimizdə olmalı və sanksiyalarımızı müəyyən olunmuş şəkildə həyata keçirməyimizə kömək etməlidir", - Vargelyi vurğulayıb.