Serbiya və Kosovo Aİ-nin planına razıdır - Borrell

15:03 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Serbiya lideri Aleksandr Vuçiç və Kosovo rəhbəri Albin Kurti Brüsseldə keçirilən danışıqlarda Aİ-nin təklif etdiyi münasibətlərin normallaşdırılması yolu ilə getməyə razılaşıblar.

“Prezident Vuçiç və Baş nazir Kurti bu gün Kosovo və Serbiya arasında normallaşma yolu ilə bağlı Avropa razılaşmasının əlavə müzakirəyə ehtiyacı olmadığı barədə razılığa gəldiklərini elan etməkdən məmnunam. Mətn Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunacaq”, - Borrell bildirib.

Onun sözlərinə görə, "bu müqavilə Kosovo və Serbiya sakinlərinə aiddir, Kosovo və Serbiya arasında öz pasportları, yerli şəxsiyyət vəsiqəsi və yerli avtomobil nömrələri ilə sərbəst gediş-gəlişi nəzərdə tutur".