Sərhəddəki qarşıdurma nəticəsində Qırğızıstanda zərər görən obyektlər açıqlanıb

17:48 02.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan-Tacikistan sərhədindəki Batken vilayətində 78 ev yararsız hala düşüb, 30 ev, 2 məktəb, 1 uşaq bağçası, daxili qoşunların bir binası, “Dostuk” sərhəd postu tam yandırılıb, 2 tibb məntəqəsi, 1 milis idarəsinin binası, 3 sərhəd postu, 10 benzindoldurma məntəqəsi, 8 mağaza tamamilə dağıdılıb.

Hafta.az xəbər verir ki, bu haqda Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şmırkanov Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir müavini deyib: “Ortobaz kəndində bir sakinin evinə helikopterdən aviaraket atılıb, ev dağılsa da raket partlamayıb.

Xatırladırıq ki, Qırğızıstan tərəfdən ölənlər 34, Tacikistandan isə 15 nəfərdir. Sərhəddəki qanunsuzluqlarla bağlı 11 cinayət işi açılıb.