Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

13:21 22.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki sərnişin - Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 73