İtaliyanın Cernobbio şəhərində keçirilən Ambrosetti Forumu çərçivəsində CNBC-yə müsahibə verən Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih bildirib ki, Krallıq 2030-cu il Hədəfinin 87 faizini reallaşdırıb və ya tamamlamaq üzrədir.
Hafta.az-ın yazdığına görə, nazir əl-Falih bildirib ki, onilliklərdir neftdən asılı olan Səudiyyə Ərəbistanı kimi bir ölkənin “Hədəf 2030” çərçivəsində etmək istədiklərinə nail olub-olmayacağını sorğulayan çox adam var idi.
Səudiyyə Ərəbistanının bunu həyata keçirmək üçün logistika, kapital və infrastruktura malik olduğunu bildirən əl-Falihin sözlərinə görə, “yaşıl lokallaşdırma” təşəbbüsü Ər-Riyadın xarici investorlara təklifinin bir hissəsidir və bərpa olunan enerji qaynaqları olan bölgələrdə tədarük zəncirlərini karbondan təmizləmək məqsədi daşıyır.
Yaşıl lokalizasiya konsepsiyası mahiyyətcə materialların və enerjinin mövcud olduğu ərazilərdə istehsal proseslərini artırmaq və yüksək enerji dəyəri əlavə etmək ehtiyacını ifadə edir.
2021-ci ildə Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2030-cu ilə qədər təmiz enerji istehsalı və karbon emissiyalarını hər il 278 milyard ton azaltmaq üçün 266 milyard dollar sərmayə qoymağı hədəfləyən Yaşıl Səudiyyə Təşəbbüsünü başladıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək üçün daha çox xarici kapital cəlb etmək səyləri çərçivəsində ölkədə şəffaflığın artırılması və investisiya prosesinin sadələşdirilməsinə yönəlmiş yeni qaydaları açıqlayıb.