Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini endirə bilər

18:56 06.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük neft istehsalçısı və ehtiyatları şirkəti olan Saudi Aramco oktyabr ayında Asiya üçün əksər neft növlərinin qiymətlərini endirə bilər.

Hafta.az bildirir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Beləliklə, agentliyin məlumatına görə, Arab Light markalı neftin qiyməti təxminən 4,5 dollar/barel ucuzlaşacaq. Bu qiymət endirimi dörd ayda ilk olacaq.