Səudiyyə Ərəbistanı saxta Həcc şirkətlərini təqib edir

09:29 29.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi saxta şirkətlərin beynəlxalq miqyasda təqib edildiyini təsdiqləyərək Pakistan, Misir, İraq və bu cür kampaniyaların intensiv olduğu bir sıra dövlətlərlə əməkdaşlıq etdiyini, həmin ölkələrdə belə şirkətlərin bağlandığını açıqlayıb. Nazirlik, həmçinin Həcc sisteminin müqəddəs yerlərə icazəsiz girişə dözməyəcəyini, cavabın qəti və çəkindirici olacağını vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin müşaviri Dr. Ayed əl-Guveynim saxta şirkətlərin istər ölkə daxilində, istərsə də xaricdə qanunsuz fəaliyyətini “tam cinayət” adlandırıb və milli Həcc sisteminin bu cür qanunsuzluqlarla üzləşməyə hazır olduğunu vurğulayıb. Müşavir bildirib ki, Həcc və Ümrə Nazirliyi sektorun xidmətlərin optimallaşdırılmasını və zəvvarlara göstərilən xidmətin müqaviləyə uyğun olmasını təmin etməkdə maraqlıdır.

"Biz zəvvarlara təklif olunan xidmətlərdə heç bir manipulyasiya və ya çatışmazlıq olmamasını təmin etmək üçün xidmətlərin kəmiyyət və keyfiyyət kateqoriyalarını inkişaf etdirdik" dedi əl-Güveynim.

Beş il əvvəl xaricdə zəvvarlara xidmət göstərən şirkətlərin sayının altı olduğunu bildirən müşavir, “Hazırda 35 şirkət var və bu il aparıcı yerləşdirmə şirkətlərindən  əlavə 15-i lisenziya alıb. Ona görə də biz hamımız Həcc sektorunda təvafdan qonaqpərvərliyə keçməyə razıyıq” deyib.