“Səudiyyə Ərəbistanında daxili turizm çox güclüdür” – Əhməd əl-Xatib

17:02 19.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl-Xatib bildirib ki, Yaxın Şərqdə səyahətlərə mane olan regional geosiyasi gərginliklərə baxmayaraq, Krallığın turizm sektorunda geriləmə nəzərə çarpmadığını, əksinə  güclü daxili turizm və dini səyahətlərin kənar mənfi təsirləri məhdudlaşdırılmasına kömək etdiyini qeyd edib.

Hafta.az yazır ki, Romada keçirilən FII Prioritet Zirvəsində çıxış edən əl-Xatib bildirib ki, Səudiyyə Ərəbistanı İranla münaqişədən sonra yavaşlama qeydə alıb, lakin qlobal səyahət sənayesi üçün çətin olan dövrdə gözləntiləri üstələyə bilib.

"İlə çox güclü performansla başladıq. Birinci rübü yalnız Səudiyyə Ərəbistanı deyil, bütün Körfəz Əməkdaşlıq Şurası (FƏƏ) ölkələri üçün təxminən 10 faiz artımla başa vurduq. Amma sonradan məlum münaqişə regiondakı aviaşirkətlər və səyahətçilər üçün ciddi çətinliklər yaradıb. Geosiyasət və İranla müharibə bizə ağır zərbə vurdu", - deyə o bildirib.

Nazir qeyd edib ki, aviaşirkətlər əməliyyatları dayandırıb, inflyasiya artıb və təyyarə yanacağına çıxış əsas narahatlıq doğurub.

"Səyahət xərcləri çox artıb. Bir çox daşıyıcı minlərlə uçuşu ləğv edib. Bu pozuntulara baxmayaraq, Səudiyyə Ərəbistanının turizm sektoru bir çoxlarının gözlədiyindən daha davamlı olduğunu sübut etdi. Bunun da böyük hissəsi Krallığın İslamın ən müqəddəs iki məkanına ev sahibliyi etməsi ilə bağlıdır. Bəli, Səudiyyə Ərəbistanı 2 milyarddan çox müsəlmanın səyahət və ziyarət etmək istədiyi İki Müqəddəs Məscidə ev sahibliyi edir", - deyə o bildirib.

Nazir, Ramazan və Həcc mövsümlərinin digər seqmentlərdə zəif səyahət tələbatını kompensasiya etdiyini söyləyib.

"Beş ayı ötən ilə nisbətən yaxşı göstərici ilə başa vurduq. Təxminən 5 - 6 faizə qədər azalma yaşadıq ki, bu da əslində böyük uğurdur. Hesab edirəm ki, aviaşirkətlərin fəaliyyətini bərpa etməsi ilə Körfəz ölkələri turizm sektoru sürətlə bərpa olunacaq. Hazırda bütün region dönüş edir", - deyə o bildirib.

O, Saudia, Emirates, Qatar Airways və hazırda Riyadh Air daxil olmaqla regional daşıyıcıların güclü fəaliyyətinə diqqət çəkib.

“Bərpa prosesi çox sürətlə gedir. Biz çox sürətlə geri qayıdırıq” deyə nazir yavaşlamanı idarəolunan və müvəqqəti adlandırıb. Deyib ki, Qırmızı dəniz kurortları son tətillər zamanı tam dolu olub, çünki beynəlxalq səyahət planları təsirləndikdən sonra bir çox insan Krallıqda qalmağı seçib.

“Səudiyyə Ərəbistanında daxili turizm çox güclüdür. Bu, biznesimizin təxminən 60-65 faizini təşkil edir. Səyahətçilər potensial olaraq pozulan beynəlxalq səfərlər əvəzinə yerli istiqamətləri seçdikləri üçün tələb gözləntiləri aşıb. Daxili turizm ötən ilə nisbətən daha güclü olduğundan performansı görməkdən məmnun oldum”, - deyə o bildirib.

Əl-Xatib Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər turizm sektoru üçün iddialı məşğulluq hədəflərinə çata biləcəyinə əmin olduğunu bildirib.

O, Dövlət İnvestisiya Fondu tərəfindən dəstəklənən əsas istiqamətlərin hələ də fəaliyyət mərhələsinə qədəm qoyduğunu qeyd edərək deyib ki, həmin istiqamətlər yenicə qapılarını açmağa və insanları işə götürməyə başlayıb.

Nazir bildirib ki, son beş ildə, Krallığın turizm sektorunda 250 min iş yeri yaradıb.

"İnanıram ki, bunu edə bilərik və ya 2030-cu ilə qədər buna yaxınlaşa bilərik."

Əl-Xatib bildirib ki, Səudiyyə Ərəbistanı Vizyon 2030-un inkişaf mərhələsindən yeni başa çatmış layihələrin idarə olunmasına və genişləndirilməsinə yönəlmiş dövrə keçir.

"Biz bir çox yeni istiqamət və bir çox yeni aktivlərin idarə olunduğu mərhələyə qədəm qoyuruq", - deyə o bildirib.

O, Qırmızı dəniz, Diriyah və Ər-Riyaddakı layihələri ziyarətçiləri qəbul etməyə başlayan inkişaflara nümunə kimi göstərdi.

"Növbəti üç-beş ildə sürətlənmiş artımın şahidi olacağıq. Təkcə Qırmızı dənizdəki bu məkanda illərlə davam edən planlaşdırma və tikinti işlərindən sonra bu il təxminən 11 kurort açılması planlaşdırılır.

Əl-Xətib gələcək artımı dəstəkləmək üçün təkmilləşdirilmiş əlaqənin vacib olacağını bildirərək Ər-Riyad Hava Limanının istifadəyə verilməsini və Kral Salman Beynəlxalq Hava Limanının inkişafını Krallığın turizm iddialarının əsas təminatçıları kimi vurğulayıb.

Nazir bildirib ki, səyahətçilər getdikcə rahat uçuş variantları və rahat səyahət təcrübələri təklif edən yerlər axtarırlar.

“İnsanlar əlçatanlıq, uçuş azadlığı istəyirlər”, - deyə o bildirib.

Süni intellektə müraciət edən əl-Xatib iddia edib ki, turizm insan qarşılıqlı əlaqəsinə əsaslandığı üçün genişmiqyaslı iş yerlərinin itirilməsi ehtimalı ən az olan sahələrdən biridir.

Onun fikrincə, yaddaqalan səyahət təcrübələri tez-tez yerli sakinlər, sürücülər, bələdçilər və qonaqpərvərlik işçiləri ilə söhbətlər nəticəsində formalaşır.

“Günün sonunda insan tərəfindən sizə danışılan hekayəni xatırlayacaqsınız”, - deyə o bildirib.

Əl-Xatib bildirib ki, turizm sənayesi insan əlaqələrini qoruyarkən texnologiyanı mənimsəməlidir. “Lazımsızları rəqəmsallaşdırmalı və lazımlıları insanlaşdırmalıyıq. Səudiyyə Ərəbistanı səmərəliliyi və xidmətləri artırmaq üçün süni intellekt alətlərini tətbiqləməyə davam edəcək.Biz süni intellektdən insanların səlahiyyətləndirilməsini, gəncləri dəstəkləməsini və qonaqlarla görüşmələrinə kömək etməsini istəyirik. Bu yolla mədəniyyətimizi və qonaqpərvərliyimizi bölüşürük ki, bu da çox vacibdir”.