Səudiyyə Ərəbistanında jurnalistlər üçün məcburi qeydiyyat

10:15 06.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Audiovizual Media üzrə Baş İdarəsi 2024-cü ilin ilk yarısının sonunadək media işçilərinin məcburi peşəkar qeydiyyatının ikinci mərhələsini sürətləndirməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, qurumdan verilən açıqlamada peşəkar qeydiyyatın media peşəsinin hüquqlarını qorumaq, onun praktikantlarının məlumatlarını sənədləşdirmək və bir çox üstünlüklərdən yararlanmaq məqsədi daşıdığı qeyd edilib.

Digər tərəfdən Səudiyyə Ərəbistanının informasiya naziri Salman əd-Duseri X sosial media platformasında açıqlama verib. O, bu layihənin media işçilərinin hüquqlarını qorumaq və peşə təcrübəsini tənzimləmək məqsədi daşıdığını diqqətə çatdırıb, media sektorunu daim təkmilləşdirməyə çalışdıqlarını bildirib.

Oxunma sayı 217