Səudiyyə vəliəhdi “Ər-Riyad Qeyri-Kommersiya Fondu” yaradıb

09:52 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş Naziri Şahzadə Məhəmməd bin Salman “Riyad Qeyri-Kommersiya Fondu”nu təsis edib və onun idarə heyətini formalaşdırıb.

Hafta.az-ın yazdığına görə Ər-Riyad şəhəri üzrə Kral Komissiyasının çətiri altında fondun yaradılması və özəl xarakterli müstəqil quruma çevrilməsi üçün kral əmri verilib.

Ər-Riyad Şəhər Kral Komissiyasının Direktorlar Şurası Şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə Fondun İdarə Heyətinin yaradılması haqqında qərar qəbul edib və Ər-Riyad Şəhər Kral Komissiyasının baş direktoru mühəndis İbrahim bin Məhəmməd əl-Sultanı sədr müavini təyin edib.

Fondun təsis məqsədi korporativ və sosial işi dəstəkləmək və inkişaf etdirmək, tədqiqatları və sosial fəaliyyətləri təşviq etmək, Fondun məqsədləri ilə əlaqəli sahələrdə qeyri-kommersiya sektoru proqramlarının inkişafına sosial töhfənin artırılması məqsədlərinə nail olmaqdır.