Sibir camaatı Türkiyə yumurtasını niyə almır?

11:25 11.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatı Rusiyanın Novosibirsk şəhərində insanların əksəriyyətinin türk yumurtalarının satışına reaksiya verdiyini və bu məhsulları almadığını yazıb.

Hafta.az-ın “Arqumentı i faktı” qəzetinə istinadən yazdığına görə, Rusiyada yumurtanın qiyməti 200 rubla qədər qalxdıqdan sonra prezident Putin yumurta idxalını təklif edib.

“Rosselhoznadzor”un açıqlamasına görə, Türkiyədən 316800 yumurtadan ibarət ilk partiya Rusiyaya çatıb.

Qəzetə danışan bəzi vətəndaşlar Novosibirskdə kifayət qədər yerli istehsalçısının olduğunu və türk yumurtası almaq istəmədiklərini bildiriblər.

Bəzi vətəndaşlar Türkiyədən gətirilən yumurtaların virusun yayılmasına səbəb ola biləcəyi fikrini irəli sürüblər.

Mütəxəssislər Türkiyədən Rusiyaya gətirilən yumurtanın qiymətinin yerli yumurtalardan daha ucuz olacağını təxmin edirlər.