Silahlı Qüvvələr günü münasibətilə Qaradağda hərbçilərlə görüş keçirilib

17:40 25.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonda fəaliyyət göstərən hərbi hissə nümayəndələrinin bir qrupunu qəbul edərək, onları fəxri fərman və hədiyyələrlə təltif edib.

Hafta.az-ın yazdığına görə, tədbirdə millət vəkili Aydın Hüseynov, İcra Hakimiyyəti Başçısı aparatının müavinləri və şöbə müdürləri iştirak edib.

Əvvəl Vətən müharibəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Süleyman Mikayılov çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən danışıb, ordu - xalq birliyinin nəticəsi olaraq mütləq qələbimizin həyata keçdiyini vurğulayıb.

Millət vəkili Aydın Hüseynov çıxışında ordu quruculuğunun hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə təşkil olunan Naxçıvanski adına hərbi liseyin yaradılması ilə başlandığını və Prezident İlham Əliyevin sayəsində yüksək səviyyəyə qalxdığını deyib. Bunun nəticəsi olaraq ordumuz müasir tələblərə cavab verərək torpaqlarımızı işğalçılardan azad etdiyini vurğulayıb.

Yekunda Rayon İcra Hakimiyyətinin başçısı bir daha 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, ailə səadəti və xidməti vəzifələrində uğurlar arzulayıb.

Oxunma sayı 371
Siyasət rubrikasından digər xəbərlər