“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb

23:23 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şimal axını 2” boru kəmərində qaz sızması kəsilib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyi "Twitter" hesabında məlumat verib.

Açıqlamada bildirilib ki, “Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya uzanan boru kəmərində təzyiqin stabilləşdiyi barədə məlumat verilib.

Bildirilib ki, bu, kəmərdə sızmanın dayandığını göstərir.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.

Oxunma sayı 2658