Şimali Koreya "Vaqner"ə silah verib - Reuters

21:39 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya Rusiyanın “Vaqner” PMC-ni silah partiyası ilə təmin edib. ABŞ-ın fikrincə, KXDR-dən gələn silahların sayı Ukraynada hərbi əməliyyatların dinamikasını dəyişməyəcək, “lakin biz Şimali Koreyanın daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq”.

Bu barədə adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb. Qeyd olunur ki, silahların göndərilməsi Ukraynadakı işğalçı qüvvələri gücləndirmək və PMC-lərin müharibədəki rolunu genişləndirmək məqsədi daşıyır.

"Biz təsdiq edə bilərik ki, Şimali Koreya "Vaqner"ə ilkin silah tədarükünü başa vurub və o, avadanlıqların pulunu ödəyib. Keçən ay Şimali Koreya "Vaqner"in istifadəsi üçün Rusiyaya piyada silahları və raketlər verib", - deyə rəsmi bildirib.