Şimali Koreyadan Cənubi Koreya sərhədinə 130 top atıldı

21:28 05.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreya Cənubi Koreya sərhədini artilleriyadan atəşə tutub. Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 14:59-da iki ölkə arasındakı dəniz sərhədinin şərq və qərb bufer zonalarına təxminən 130 artilleriya mərmisi atdığı bildirilib.

Atışların Şimali Koreyanın Kumqanq və Hvanqhae bölgələrindən atıldığı müəyyən edilərkən, bəzi top mərmilərinin Şimal Sərhəd Xəttinə çatdığı qeyd edilib. "Şərq və qərb bufer zonalarına artilleriya atəşi 19 sentyabr hərbi müqaviləsinin açıq şəkildə pozulmasıdır və biz Şimali Koreyanı dayanmağa çağırırıq", - bəyanatda deyilir.

Digər tərəfdən, Şimali Koreyanın raket və artilleriya atəşindən sonra ABŞ və Cənubi Koreya hərbi təlimlərini artırıb. ABŞ və Cənubi Koreya arasında bu gün Çervon bölgəsində başlayan birgə hərbi təlim sabaha qədər davam edəcək.

Oxunma sayı 1568