Şirvanda küçədən kişi meyiti tapıldı

15:00 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan rayonunda küçədən kişi meyiti tapılıb

 

Hafta.az-ın məlumatına görə, Şirvanda H.Əliyev prospektində yerləşən əvvəllər peşə təhsili kimi fəaliyyət göstərən tikilinin ərazisində kişi meyiti aşkar edilib.

 

Meyit müayinə olunmaq üçün Şirvan Rayon Xəstəxanasının morquna yerləşdirilib. Müəyyən edilib ki, meyit səfil həyatı sürən Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğludur.

 

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.