Slovakiya Ukraynaya 30 ədəd BMP-1 göndərir

12:30 29.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Slovakiyadan 30 ədəd BMP-1 piyada döyüş maşını alıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad məlumat verib.

"Avropa İtifaqı Slovakiyanın 30 ədəd BMP-1 piyada döyüş maşınının Almaniya ilə dövri mübadilə razılaşması əsasında Ukraynaya verildiyini təsdiq edəcək", - o, öz Twitter səhifəsində yazıb. 

Nazir Yaroslav Nad almaniyalı həmkarı Kristina Lambrextə “əla əməkdaşlığa” görə təşəkkür edib.

Berlinlə müqaviləyə əsasən, Slovakiya Almaniyadan ehtiyat hissələri, döyüş sursatları, eləcə də hərbçilər üçün təlimlər daxil olmaqla 15 "Leopard 2 A4" döyüş tankı alacaq. Xüsusilə, dekabrda Almaniyadan Slovakiyaya ilk "Leopard 2 A4" tankı gələcək, daha sonra 2023-cü il ərzində ölkə hər ay bir və ya iki ədəd texnika alacaq.

Oxunma sayı 1475