Slovakiya Ukraynaya hərbi yardımları dayandırdı

09:05 27.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın baş naziri Robert Fiko Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ölkəsinin Ukrayna Silahlı Qüvvələrinə (AFU) hərbi yardım göstərməkdən imtina etdiyi barədə məlumatlandırıb.

Hafta.az-ın yazdığına görə, Fiko açıqlamasında deyib: "10 il davam edən müharibə yerinə, danışıqlar 10 il davam etsin".

Qeyd edək ki, 5,5 milyon əhalisi olan Slovakiya Ukrayna ilə həmsərhəddir.

Bundan əvvəl Slovakiyanın yeni baş naziri bəyan etmişdi ki, ölkə artıq Ukraynaya silah göndərməyəcək və diqqətini humanitar yardıma yönəldəcək. Onun sözlərinə görə, Kiyevə humanitar və mülki yardım hökumətin rəsmi siyasəti olacaq.

Siyasət rubrikasından digər xəbərlər