Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın “Naftogaz Group” əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Hafta.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
“World Economic Forum 2026” çərçivəsində “Naftogaz Group”un İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Sergii Koretskyi ilə görüşdüm. Görüş zamanı əməkdaşlığı gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq öhdəliyimizi bir daha təsdiqlədik”, - paylaşımda qeyd edilib.