“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətini 2026-cı ilədək uzada bilər”.
Hafta.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
Ötən gün iki ölkə arasında imzalanan qaz müqaviləsinin son günü olduğunu xatırladan E.Nəsirov qeyd edib ki, layihə bu il və gələn il davam edə bilər: “Son üç ildə isə SOCAR tərəfindən 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları tədarük edilib. "SOCAR Türkiyə" Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, "SOCAR Trading" isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib".
O qeyd edib ki, SOCAR-ın Rumıniya ərazisində 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: “"SOCAR Romania”da 777 işçi çalışır və biz Rumıniyada infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoymuşuq. Rumıniyaya xam neft və neft məhsullarının tədarükü SOCAR-ın bir neçə filialı tərəfindən həyata keçirilir".