SOCAR-TPAO əməkdaşlığı çərçivəsində BİRGƏ TƏLİM

10:43 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.

Hafta.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, tərəfdaşlıq çərçivəsində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün “Qazma prosesi zamanı quyulara nəzarət” və “İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları” mövzularında beş günlük intensiv təlimlər keçirilib.

Layihə, SOCAR və TPAO arasında insan kapitalı sahəsində qarşılıqlı öyrənmə və inkişaf təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, enerji sektorunda bilik və təcrübə mübadiləsinə töhfə vermək məqsədi daşıyır.