SOCAR Ukraynada bu maşınlara benzini pulsuz verəcək

22:43 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"SOCAR Energy Ukraine" Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verəcək.

Bu barədə hafta.az-a SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov deyib.

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - İ.Əhmədov bildirib.