Yazını böyüt
Yazını kiçilt
SOCAR və Rumıniyanın “Transgaz” şirkəti arasında 2016-cı ildə imzalanmış Qarşılıqlı Anlaşma Memorandumun müddətinin daha 6 il uzadılmasına dair sənəd imzalanıb.
Hafta.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf feysbukda yazıb.
“Bu gün SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Rumıniyanın Energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşdə enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib”, - deyə Rövşən Nəcəf qeyd edib.