Şolz Almaniyanın Ukraynaya yardımının məbləğini açıqladı

12:36 24.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz Almaniyanın Ukraynaya dəstəyinin 14 milyard avronu keçdiyini bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya hərbi və humanitar dəstək verir. Bununla yanaşı, ölkə Rusiya ilə NATO arasında münaqişənin genişlənməməsi üçün mümkün olan hər şeyi etmək niyyətindədir.

“Başa düşürəm ki, bəziləri bundan narahatdırlar, qərarlarımızı şübhə altına alırlar. Buna görə də əvvəldən bizi rəhbər tutmuş prinsipə əməl etmək çox vacibdir: gördüyümüz hər şey tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx kooordinasiya edilir".