Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib

23:28 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.

Hafta.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, partlayış şəhərin cənub hissəsində yerləşən “Afrik Hotel” mehmanxanasının yaxınlığında olub. Partlayış nəticəsində mehmanxananın binasına ciddi ziyan dəyib.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.