Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub - Sahibə Qafarova

12:21 12.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Spiker Sahibə Qafarova İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi çıxışında bildirib.

S.Qafarova qeyd edib ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib.  Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

“İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib.  Bu inkişafın miqyası haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd edim ki, Azərbaycanda istehsal olunan ümumi daxili məhsul  3,6 dəfə artmışdır.

"Milli Məclisdə biz hər il, bildiyiniz kimi, dövlət büdcəsini müzakirə və təsdiq edirik. İldən-ilə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli dərəcədə artır. İyirmi ilə yaxın dövrdə dövlət büdcəsinin gəlirləri iyirmi beş dəfədən çox, xərcləri isə iyirmi altı dəfə artmışdır.

Həyata keçirilən məqsədli sosial proqramlar sayəsində yoxsulluq səviyyəsi 5,5 faizə düşmüşdür. İnsanların rifah halı yüksəlmişdir. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir".