Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə, təqaüdlər üzrə 5,1 dəfə artıb

11:20 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hafta.az-a verilən məlumata görə, eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.

Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.