Yazını böyüt
Yazını kiçilt
Apple-ın keçmiş baş direktoru Stiv Cobsa məxsus Birkenstock Arizona zamşa sandalları hərracda 218,7 min dollara satılıb. Bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Julien's Auctions siyahısına görə, Jobs bu ayaqqabıları 1970 və 1980-ci illərdə geyinib. Onlar Cobsun evindəki zibil qutusuna düşdükdən sonra, aşpaz Mark Şeffin onları götürüb.
Əvvəlcə “Apple” şirkətinin yaradıcısının geyilən ayaqqabıları 22,5 min dollar dəyərində olsa da, cəmi bir neçə gün ərzində lot 218,7 min dollara satılıb.Birkenstock Arizona sandalının alıcısının adı açıqlanmayıb.