Su anbarında üç aylıq körpənin meyiti tapıldı 

10:37 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada körpə meyiti tapılıb.

 

Hafta.az-ın verdiyi məlumata görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Körpənin meyiti Lovayın su anbarından tapılıb və müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

 

Körpənin öldükdən sonra atılması və ya orada ölməsi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.