Su hövzələrinin ov vasitələrindən təmizlənməsi üçün reyd keçirilib

16:38 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Araz çayının İmişli rayonunun Şahverdli, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

Hafta.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.

Reydlər davam etdirilir.