İqlim böhranı öz təsirlərini hər gün daha dərindən hiss etməyə davam edir. Mütəxəssislər ötən ayın tarixin ən isti iyun ayı olduğunu bildiriblər. İstidən meşələrin təhlükə altına düşməsi ilə yanaşı, su ehtiyatlarında da azalma müşahidə olunur. Su ehtiyacının ödənildiyi bəndlərdə suyun səviyyəsi azalır.
Hafta.az-ın yazdığına görə, ekologiya mühəndisi Dr. Baran Bozoğlu iqlim böhranının təsirləri və alına biləcək tədbirlərlə bağlı fikirlərini paylaşıb. Bozoğlu, “İqlim böhranının yaratdığı istilik dalğalarının, xüsusilə Aralıq dənizi hövzəsində meşə sahələrində yanğınların və quraqlığın təsirini artıracağına dair məlumatlar var. Bu risklər Türkiyənin hazırladığı hesabatlarda da öz əksini tapıb” deyib.
İqlim böhranının təsirinin gözlənildiyini və proqnozlaşdırıldığını bildirən Bozoğlu, “Hazırda iqlim dəyişikliyinin təsirlərini açıq şəkildə yaşayırıq. Statistik məlumatlara nəzər saldıqda iqtisadi ziyanın həcmində artım müşahidə olunur. Bu mənada 2024-cü il əvvəlki illərlə müqayisədə riskli ildir. Gələn il böhranın təsirlərini daha da ağır yaşayacağıq. Bu, artmaqda davam edəcək" deyə bildirib.
İqlim böhranının istixana qazlarının artmasından qaynaqlandığını bildirən Bozoğlu, bu vəziyyətə qarşı bütün dünyanın hərəkətə keçməsi lazım olduğunu bildirib. O deyib: “Türkiyə bu problemi təkbaşına həll edə bilməz. Böhrana dünyada istehsal və istehlak münasibətləri səbəb olur. Həll üçün qalıq yanacaqlar mərhələli şəkildə ləğv edilməli və bərpa olunan enerji anlayışı üstünlük təşkil olunmalıdır".
Bozoğlu Paris İqlim Razılaşmasına diqqət çəkərək deyib ki, iqlim dəyişikliyinə uyğunlaşma konsepsiyasını həyata keçirmək , quraqlıq, yanğın kimi vəziyyətlərə qarşı tədbir görmək lazımdır. Yanğın ehtimalı olan dövrdə meşələrə girib-çıxmaq, piknik etmək yasaqlanmalıdır. Elektrik dirəklərindən yaranan problemləri mütəmadi olaraq süni tikililərə baxış keçirməklə həll etmək olar.
Su ehtiyatlarının azalmasına səbəb olan problemə toxunan Bozoğlu, Türkiyənin fiziki su itkisi yaşadığını bildirib. Bozoğlu deyib: “Türkiyədə şəbəkəyə görə fiziki su itkiləri var. Bunun əsas səbəbi su qurğularının ötürücü xətlərinin zərifləşdirilməməsi, lazımi texniki qulluq işlərinin aparılmamasıdır. Su qıt olan yerlərdə heyvandarlıq, ağır sənaye və toxuculuq kimi strukturların suyun bol olduğu bölgələrə köçürülməsi lazımdır. Su qanunu işləri aparılmalı, insanlara və təbiətə üstünlük verilməlidir”.