Suda boğulma halları ilə bağlı AÇIQLAMA

13:32 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkədə çimərlik mövsümü başlayandan bu yana qeydə alınan boğulma və günvurma faktlarının statistikası açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Hafta.az-abildirilib ki, 2026-cı ilin iyun ayı ərzində paytaxtın Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə suda boğulma hadisəsi qeydə alınıb.

"Hadisə ilə əlaqədar mərkəzə ümumilikdə 3 nəfərin müraciəti daxil olub. Təəssüf ki, müraciət edənlərdən 2 nəfərinin həkiməqədər ölüm faktı qeydə alınıb. Suda boğulma təhlükəsi yaşayan digər 1 nəfərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib".

Bundan başqa, iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə günvurma ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Aidiyyəti qurumlar vətəndaşları çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və nəzarətsiz ərazilərdə dənizə girməməyə çağırıb.