Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü işə başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb. Bildirilib ki, Zirvə Transatlantik müdafiə istehsalı və əlaqəli investisiyaların əsas mövzu olacağı Müdafiə Sənayesi Forumu ilə başlayıb.
Qeyd edilib ki, Son 3-4 ildə NATO-nun əlavə tədbiri kimi nəzərdə tutulan Müdafiə Sənayesi Forumu, sammitin rəsmi proqramının bir hissəsi olaraq ilk dəfə Türkiyədə keçirilir.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pellegrini, Böyük Britaniya Baş naziri Keir Starmer, Almaniya Kansleri Fridrix Merz, İtaliya Baş naziri Giorgia Meloni, Kanada Baş naziri Mark Karni, Albaniya Baş naziri Edi Rama, Bolqarıstan Baş naziri Rumen Radev, Monteneqro Baş naziri Milojko Spajic, NATO Baş katibi Rutte və Avropa Birliyi Şurasının prezidenti Antonio Kosta da daxil olmaqla dünya liderləri ilə görüşəcək.