Yazını böyüt
Yazını kiçilt
"Haas" komandasının sürücüsü Mik Şumaxer "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin seçmə mərhələsi zamanı qəzaya uğrayıb.
Hafta.az xəbər verir ki, bu barədə “Formula 1” twitter səhifəsində qeyd edilib.
"Formula 1" üzrə yeddiqat çempionu Mixael Şumaxerin oğlu döngələrin birində hasara çırpılıb. Bundan sonra yarış dayandırılıb.
Pilot avtomobili özü tərk edə bilib, ona həkim briqadası yardım göstərib.