Sumqayıtda futbol meydançasında FACİƏ

12:06 20.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində futbol meydançasında gənc oğlan ölüb.

Hafta.az xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Bulvar küçəsində yerləşən meydançada Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Alıyev futbol oynayarkən qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.“Qafqazinfo”