Sumqayıtda mənzildə meyit aşkarlandı 

10:24 13.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

 

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.