Sumqayıtda mənzildə meyit tapılıb

15:59 18.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda mənzildən 50 yaşlı kişinin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Tacəddin Firuddin oğlu Hüseynovun meyiti yaşadığı evdə asılı vəziyyətdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.