Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib

13:20 20.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının fasadına quraşdırılan taxtadan ibarət konstruksiya 20 m² sahədə və 1-ci mərtəbəsində tikinti materialları 100 m² sahədə yanıb. 

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 624