"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb".
Hafta.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib. Cavid Qurbanov bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb: "Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işləri görəcək. Həmçinin Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən geçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021- ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".
Azərbaycan Dəmiryolları QSC-nin rəhbəri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən Mətbuat Konfransında onu da bildirib ki, bu gün Azərbaycan Dəmiryollarının stabil cerəyandan dəyişən cərəyana keçid dövrünü yaşayırıq: “Hazırda Gəncəyə qədər fəaliyyət göstərən sürət qatarlarının Ağstafaya qədər uzadılması nəzərdə tutulur. Bunun üçün biz yeni qatarlar da gətirmişik. Bu qatarlar ikili sistemdə fəaliyyət göstərir. Ona görə bizə lazımdır ki, bəzi hissələrdə elektrik xətlərini müəyyən müddətə dondurmalı olacağıq. Böyükkəsikdən Gəncəyə qədər ərazidə bu işləri həyata keçirmək 5-6 ay çəkir. Amma biz çalışırıq ki, 2 ay ərzində sürət qatarlarının uzadılmasına nail olaq".
Cavid Qurbanov onu da qeyd edib ki, Qazax stansiyası hələlik istifadəyə verilmir: "Çünki stansiyanın xərcləri gəlirləri qarşılamır. Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq. Dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq. Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yolları iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər".