Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək?

10:25 23.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədath" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Suriya tərəfi ilə razılaşmaların yekunlaşdırılması məqsədilə İsrail nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Qeyd edək ki, iyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş keçirilib.