Sürücü sükan arxasında ÖLDÜ

17:08 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sürücü sükan arxasında vəfat edib.

Hafta.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.