Yazını böyüt
Yazını kiçilt
“Şuşa ili” çərçivəsində kino tədbirlərinin keçirilməsi nəzərdə tutulur:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Şuşa mövzusunda sənədli film çəkiləcək.Yay Kino Məktəbi çərçivəsində Şuşada təlimlərin keçirilməsi də planlaşdırılır. Bundan başqa, xəbər verdiyimiz kimi, 2023-cü ildə Şuşada Beynəlxalq Kino Festivalının keçirilməsi nəzərdə tutulur. Bu il festivalın hazırlıq işləri görüləcək”.