Şuşa və Ağdamda yeni məktəb tikilir

13:49 18.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa və Ağdamda məktəb tikintisinə başlanılıb.

 

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.

 

Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.