Yazını böyüt
Yazını kiçilt
“Şuşa ili” ilə əlaqədər həyata keçirilməsi planlaşdırılan 2-ci tədbir "Xarıbülbül" Musiqi Festivalının bu il Şuşada təşkilidir. Həmçinin 2022-ci ildə Şuşada "Şuşa Yaradıcılıq Emalatxanası Layihəsi" keçirilməsi də nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mədəniyyətimizin beşiyi sayılan Şuşamızda 2022-ci il ərzində nəzərdə tutulan tədbirlər bunlarla da kifayətlənmir. Şəhərdə Milli Musiqi Günü də qeyd olunacaq. Bundan başqa, sentyabr ayında 150-ci teatr mövsümünün açılışının da Şuşada keçirilməsi nəzərdə tutulur.