Şuşada silah-sursat aşkar edilib

17:44 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.