Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO

21:00 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacibəylinin heykəli ucaldılacaq.

Heydər Əliyev Fondundan hafta.az-a verilən məlumata görə, abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində qoyulacaq.

Qeyd edək ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir. Heydər Əliyev Fondu heykəlin hazırlanması prosesindən video paylaşıb.

Hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Oxunma sayı 1089