Şuşada Vaqif Poeziya Günləri

18:49 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri ilə bağlı tədbirlər Şuşa şəhərində davam etdirilir.

Hafta.az xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.

Açılış mərasimində rəsmilər, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Bağlanış mərasimi 23 iyulda Şuşa şəhərində keçiriləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günləri iyulun 14-də Qazaxda başlayıb, 15-də Gəncədə, 16-da isə Ağdamda davam etdirilib.