Yazını böyüt
Yazını kiçilt
Şəhərin qurulması üçün yeni layihələr lazım deyil. Şuşa köhnə şəhərdir və onun köhnə görkəmi necə varsa, elə də qalacaq.
Bu fikirləri hafta.az-a Şuşa Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov deyib.
Onun sözlərinə görə, bərpa zamanı sadəcə müasir materillardan istifadə olunacaq:
"Ola bilməz ki, kimsə başqa bir ideya fikirlərşib, hansısa abidəyə nəsə əlavə bir buynuz vursun. Necə var, elə də olacaq. Ona görə bunun üçün nəsə müsabiqə keçirməyə ehtiyac yoxdur. Ola bilər ki, o abidlərin, binaların düzəldilməsində, tikintisində hansısa şirkətlər tenter yolu ilə iştirak etsinlər. O da sonranın işidir. Layihələnmədə hələ milli kolaritlər və qədimiliyini özündə saxlayan naxışlar işlənməlidir. Yəqin ki, elə də olacaq".