Şuşaya gedən sürücülərin nəzərinə!

20:51 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

Hafta.az qurumun yaydığı məlumata istinadla xəbər verir ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.